Sentyabrın 22-23-də Qazaxıstanın paytaxtı Nur-Sultanda qrapplinq üzrə dünya çempionatı keçirilib.
Oxu.Az-ın xəbərinə görə, 15 ölkənin mübarizə apardığı bu dünya çempionatında qrapplinq üzrə milli komandamız üç idmançı ilə təmsil olunub.
Belə ki, Fərid Hadıyev (-71 kq), Nadir İmaməliyev (-77 kq) və Məhəmməd Əhmədzadə (-92 kq) həm kimano ilə, həm də kimanosuz yarışlarda öz qüvvələrini sınayıb. Lakin idmançılarımızın heç biri medal qazana bilməyib.
Daha doğrusu, Fərid Hadıyevin adı yarışda gedib. Çünki o, qarşılaşmalı olduğu üç görüşdə döşək üzərinə çıxmayıb və hakimlər qələbəni rəqiblərinə verib.
Qeyd edək ki, 8-9 noyabrda yeniyetmələr, gənclər və veteranlar arasında qrapplinq üzrə dünya çempionatı Bakıda keçiriləcək.
Səbuhi Musayev