Dekabrın 14-də Belçikanın Essen şəhərində K-1 idman növü üzrə yarışda həmyerlimiz Pərviz Abdullayev qalib olub.
Oxu.Az xəbər verir ki, 4 qat dünya çempionumuz fransız Alexander Domingosu udub.
Sürətli döyüş tərzinə üstünlük verən və həmişə hücum taktikası sərgiləyən Abdullayev rəqibinə tam üstünlüklə qalib gəlib.
Onu da bildirək ki, 2009-cu ildə kikboksinqin vako versiyası üzrə dünya çempionu , 2010-cu ildə dünya kubokunun gümüş mükafatçısı olan idmançımız, elə həmin il Pekində keçirilən döyüş növləri oyununda bütün rəqiblərini məğlub etməklə baş mükafata sahib çıxıb.
Bununla kifayətlənməyən Abdullayev Bakıda düzənlənən Avropa çempionatının da qalibi olub. Karyerası ərzində 15 döyüş keçirən kikboksinqçimiz bunlardan 14-nü qələbə ilə başa vurduğu halda yalnız birində məğlub olub.
Qeyd edək ki, idmançımız “12 May-Kobra” klubunun dəstəyi ilə 2014-cü ilin yanvar ayının 18-i Çində keçiriləcək növbəti peşəkar döyüşə qatılacaq.
P.Abdullayevin Belçikada baş tutan döyüşünün video görüntüsünü təqdim edirik.
Elvin Əhmədov
www.oxu.az