III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlarda daha üç idmançımız finala yüksəlib.
Oxu.Az xəbər verir ki, Azərbaycan idmançıları Könül Eyvazlı (44 kq), Məhəmməd Ağakişiyev (81 kq) və Sübhan Axundov (+90 kq) yarımfinal görüşlərində qələbə qazanıblar.
Beləliklə, Azərbaycanın 12 cüdoçusu finala vəsiqə qazanıb.
Azərbaycanın doqquz cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Nərmin Ağamirzəzadə (52 kq), Nəzakət Vəliyeva (57 kq), Röyal Qayıbov (60 kq), Məhəmmədəli Hüsüyev (55 kq), Sunay Salamova, Zeyd Ələsgərov (60 kq), Gülşən Hüseynova (44 kq), Hüseyn Hüseynov və Fəxri Sahibzadə (hər ikisi 66 kq) qızıl medal uğrunda görüşə çıxacaqlar.
Qeyd edək ki, bu gün start götürən cüdo yarışları sabah başa çatacaq.
Daha çox foto burada: PhotoStock.az