Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, azərbaycanlı boksçular Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) qızıl medallar qazanıblar.
Bundan başqa, Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) bürünc medallar qazanıblar.
Xatırladaq ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.
Beləliklə, Azərbaycan idmançıları turnirdə 24 medal qazanıblar.






Oğlan boksçular arasında Azərbaycan milli komandası dörd qızıl medal qazanıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində Şahin Aslanov Özbəkistan təmsilçisi Otabek Nurmahamadov üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.
Xatırladaq ki, bundan əvvəl digər Azərbaycan boksçuları da final görüşlərində uğur əldə ediblər. Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram) və Əli Abaslı (52 kiloqram) qələbə qazanaraq Azərbaycan millisinin hesabına qızıl medallar əlavə ediblər.
III MDB Oyunlarında oğlan boksçular arasında Azərbaycan boksçuları daha bir qızıl medal qazanıblar.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində Əli Abaslı Qazaxıstan təmsilçisi Ediqe Nurqoja üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.
Xatırladaq ki, bundan əvvəl, boksçularımız Qardaş Rəhimov (46 kiloqram) və Əli Əliyev (48 kiloqram) final görüşlərində qalib gələrək Azərbaycan millisinin heyətinə qızıl medal yazdırıblar.
III MDB Oyunlarında oğlan boksçular arasında final döyüşləri keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan millisinin boksçusu Qardaş Rəhimov (46 kiloqram) final döyüşündə Özbəkistan təmsilçisi Utkirbek Norkosimova qalib gələrək qızıl medala sahib olub.
Bundan başqa, 48 kiloqram çəki dərəcəsi Əli Əliyev dı Tacikistan təmsilçisi Azamjon Hasanova qalib gələrək qızıl medala layiq görülüb.