Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.
Oxu.Az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Özbəkistana 3:2 hesabı ilə qalib gəlib.
Qrupun lideri olaraq komandamız yarımfinala çıxıb. Bu mərhələdə komandanın rəqibi Belarus yığması olacaq.
Günün digər oyununda B qrupunda Rusiya millisi Qırğızıstandan üstün olub (3:0) və yarımfinala vəsiqə qazanıb. Onların bu mərhələdəki rəqibi isə Özbəkistan komandası olacaq.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları oktyabrın 5-də baş tutacaq.