Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, azərbaycanlı boksçu Gülər Hüseynova (48 kq) rusiyalı Darya Qavrinaya qalib gələrək qızıl medala sahib çıxıb.
Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan Bakarova (63 kq) finalda rəqiblərinə uduzub və ikinci yerlə kifayətləniblər.
Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq) və Mirrüqeyya Azərpur (57 kq), Səma Abbasova (66 kq) bürünc medallar qazanıblar.
Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.
Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.





Bu gün III MDB Oyunlarının boks yarışlarında qadınlar arasında final döyüşləri keçiriləcək.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək döyüşlərdə Azərbaycan millisinin 6 təmsilçisi qızıl medal uğrunda rinqə çıxacaq.
Final görüşlərində ölkəmizi Aysel Fərəcova (46 kiloqram), Gülər Hüseynova (48 kiloqram), Əminə Tağı (50 kiloqram), Cəmilə Muradlı (54 kiloqram), Aynur İsmayılova (60 kiloqram) və Fidan Bakarova (63 kiloqram) təmsil edəcəklər.
Qeyd edək ki, daha əvvəl Aylin Nəzərova (46 kiloqram), Zəhra Məmmədova (52 kiloqram), Mirrüqəyya Azərpur (57 kiloqram) və Səma Abbasova isə (66 kiloqram) yarımfinalda məğlub olduqları üçün bürünc medalla kifayətləniblər.