Azərbaycanın voleybol üzrə oğlanlardan ibarət U-17 millisi III MDB Oyunlarında dördüncü olub.
Oxu.Az xəbər verir ki, Azərbaycanın oğlanlardan ibarət millisi Belarusa 3:1 hesabı ilə uduzub.
Birinci Rusiya, ikinci Belarus, üçüncü isə Özbəkistan olub.
Daha öncə qızlardan ibarət komandalar arasında mükafatçılar müəyyənləşib. Rusiya yığması birinci, Belarus ikinci, Azərbaycan isə üçüncü yerə sahib çıxıb.
Rusiyanın voleybol üzrə qızlardan ibarət U-15 millisi III MDB Oyunlarının qalibi olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yığma final matçında Belarusu 3:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən üçüncü yer uğrunda görüşdə Azərbaycan Özbəkistan üzərində 3:1 hesablı qələbə qazanıb.
III MDB Oyunları çərçivəsində Şəki şəhər stadionunda çövkən üzrə üçüncü yer uğrunda matç baş tutub.
Oxu.Az xəbər verir ki, Qırğızıstan millisi Qazaxıstana qalib gələrək (2:0) bürünc medal qazanıb.
Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq. Finalda Azərbaycan və Özbəkistan komandaları qarşılaşacaqlar.
III MDB Oyunlarının on birinci günündə səkkiz idman növü üzrə yarışlar baş tutacaq.
Oxu.Az yarışların mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan milliləri qarşılaşacaqlar.
Eyni şəhərin Olimpiya İdman Kompleksində isə bədii gimnastika üzrə yarışlara start veriləcək.
Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcəklər. Qızlardan ibarət millimiz bürünc medal uğrunda Özbəkistanla mübarizə aparacaq. Belarus və Rusiya isə final matçında münasibətlərə aydınlıq gətirəcək. Oğlanlardan ibarət millimiz də bu gün növbəti oyununu keçirəcək. Rəqib Belarus komandasıdır.
Qeyd olunan idman məkanında, həmçinin qılıncoynatma yarışları davam edəcək, güllə atıcılığına isə yekun vurulacaq.
Bununla yanaşı, Gəncədə keçirilən 3x3 basketbol üzrə yarışın mükafatçıları müəyyənləşəcək. Yarımfinalda qızlardan ibarət Azərbaycan komandası Özbəkistanla, oğlanlardan ibarət millimiz Belarusla qarşılaşacaq.
Mingəçevir "Kür" Olimpiya İdman Kompleksində isə avarçəkmənin kayak və kanoe növü üzrə final yarışları keçiriləcək.