Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pillədəki yerini qoruyub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hazırda komandanın aktivində 7 qızıl, 18 gümüş, 31 bürünc medal var.
Siyahıya Rusiya (47 qızıl, 13 gümüş, 9 bürünc medal) başçılıq edir. Belarus (7 qızıl, 16 gümüş, 17 bürünc) üçüncüdür.
İndiyə qədər 7 ölkə təmsilçiləri medal qazanıblar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi III MDB Oyunlarına qalibiyyətlə başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Gəncə İdman Sarayında Qırğızıstanla qarşılaşan yığma 3:0 hesablı qələbəyə sevinib.
Günün ilk görüşündə Rusiya seçməsi Özbəkistanı 3:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, ötən gün Azərbaycanın qızlardan ibarət U-15 kollektivi Tacikistanı 3:0 hesabı ilə məğlub etmişdi.
Bu gün Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində taekvondo yarışları başa çatıb.
Oxu.Az xəbər verir ki, millimiz turniri möhtəşəm nəticə ilə, ümumilikdə 22 medal qazanaraq yekunlaşdırıb.
Yarışların ikinci günündə 11 idmançımız mükafatçılar sırasında yer alıb. Təmsilçilərimizdən Vasif Səlimov (68 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb.
Digər 10 taekvondoçumuz isə çıxışını bürünc medalla tamamlayıb.
Bürünc mükafatı Səmərrux Osmanova və Zemfira Həsənzadə (hər ikisi 49 kq), Nigar Abdullayeva və Leyla Bəşirova (hər ikisi 57 kq), Fuad Məhərrəmli və Məhəmməd Həsənli (hər ikisi 58 kq), Zemfira Aslanova və Nərmin Ənsəri (hər ikisi 67 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (+87 kq) qazanıblar.



Azərbaycan atıcısı III MDB oyunlarında gümüş medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Cavid Həsənov ikinci yeri tutub.
Rusiyalı German Telenin qızıl medal qazanıb. Qazaxıstanlı Ratmir Yenikeyev isə üçüncü olub.
Qeyd edək ki, atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.
Azərbaycan atıcısı Daniyella Ulanova III MDB Oyunlarında üçüncü yeri tutub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, o, stend atıcılığı ("skeet" növü) yarışlarında bürünc medal qazanıb.
İlk iki pilləni müvafiq olaraq rusiyalı idmançılar Elizaveta Evgrafova və Daria Lekomtseva tutub.
Qeyd edək ki, atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.
Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.
Oxu.Az xəbər verir ki, 4×200 metr məsafəyə sərbəst üsulla üzməkdə Azərbaycan üzgüçüləri Oqtay Hüseynov, Yeqor Maynitskiy, Fərhad Şirməmmədli və Süleyman İsmayılzadə bürünc mükafat əldə ediblər.
Rusiya idmançıları qızıl, Qazaxıstan üzgüçüləri isə gümüş medala sahib çıxıblar.


Azərbaycanın çövkən yığması III MDB Oyunlarında ikinci qələbəsini qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yığma Küveytlə üz-üzə gəlib.
Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 5:0.
Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.
Azərbaycan III MDB Oyunlarında daha bir medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 4x200 metr məsafəyə sərbəst üsulla üzmədə bürünc mükafat əldə edib.
Rusiya qızıl, Qazaxıstan gümüş medala sahib çıxıb.
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal əldə edib.
Oxu.Az "Report"a istinadən xəbəri verir ki, üzgüçü Oqtay Hüseynov birinci yeri tutub.
O, 400 metr məsafəyə qarışıq üzmə yarışında bütün rəqiblərini qabaqlayıb.
Rusiyalı Ilia Iamşanov ikinci, Belarusdan olan Maksim Malyşka üçüncü yeri tutub.
Azərbaycanın daha bir üzgüçüsü III MDB Oyunlarında bürünc medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Eqor Maynitskiy üçüncü yeri tutub.
O, 200 metr məsafəyə bras üsulu ilə üzmədə fərqlənib. Rusiyalı İlia Yaşmanov qızıl, Balarusdan olan Maksim Malyşka gümüş medala sahib çıxıb.
III MDB Oyunlarında bu gün yeddi idman növü üzrə yarışlar baş tutacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhərinin İdman Sarayında üzgüçülük yarışları davam edəcək.
III MDB Oyunlarının paytaxtı seçilən şəhərdə, həmçinin, voleybol yarışının təsnifat mərhələsinin görüşləri baş tutacaq. Azərbaycanın U-15 (qadın) millisi Qırğızıstanla üz-üzə gələcək.
Şəkidə çövkən yarışının təsnifat mərhələsinin növbəti matçları keçiriləcək. A qrupunda mübarizə aparan Azərbaycan millisi Küveytlə qarşılaşacaq.
Bundan başqa, Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə təsnifat və final qarşılaşmaları təşkil olunacaq.
Həmin şəhərdə badminton yarışlarında idmançılar qarışıq komanda növündə mübarizəyə start verəcəklər.
Yevlaxda boks üzrə mübarizələrdə təsnifat mərhələsinin qarşılaşmaları gerçəkləşəcək.
Mingəçevirdə isə taekvondo yarışında növbəti qaliblərin adları müəyyənləşəcək.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.