Azərbaycan III MDB Oyunlarının medal sıralamasında 4-cü pillədə qərarlaşıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hazırda idmançılarımızın aktivində 3 bürünc, 1 gümüş medal var.
Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsulla üzmə) gümüş, Mehri Əbdürəhmanlı (100 metr məsafəyə kəpənək üsulu ilə üzmə), Yeqor Maynitiskiy (200 metr məsafəyə fərdi qarışıq) və Cavid Həsənov/Cəmilə Paşayeva cütü (dairəvi stend qarışıq) bürünc medal qazanıb.
Siyahıya Rusiya (9 qızıl, 2 gümüş, 2 bürünc) başçılıq edir. Belarus (1 qızıl, 4 gümüş, 3 bürünc) ikinci, Qazaxıstan (3 gümüş, 2 bürünc) üçüncüdür.
İndiyə qədər 4 ölkə təmsilçiləri medal qazanıblar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunları çərçivəsində gümüş medal qazanıblar.
Oxu.Az "Report"a istinadən bildirir ii, Onur Quluzadə və Adil Əhmədzadədən ibarət komanda oğlanların qoşa yarışında finalda Rusiya ilə qarşılaşıb.
Azərbaycan təmsilçiləri 0:3 hesabı ilə uduzub.
Qızların qoşa yarışlarının həlledici görüşündə isə Rusiya millisi Belarusu 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
Azərbaycanın stend atıcıları III MDB Oyunlarında bürünc medal qazanıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, azərbaycanlı idmançılar Cavid Həsənov və Cəmilə Paşayeva stend atıcılığı yarışında üçüncü olub.
Rusiyalı İlya Kuşagin və Yelizaveta Yevgrafova qızıl, qazaxıstanlı Maksim Poşivalov və Lidiya Başarova gümüş mükafat əldə ediblər.
Bu gün, həmçinin Azərbaycanın çövkən yığması yarışda ilk qələbəsini qazanıb.
Şəkidə keçirilən turnirdə A qrupunda yer alan milli Qırğızıstanda qarşılaşıb. Azərbaycan təmsilçisi 4:0 hesabı ilə qələbə qazanıb.
Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında bürünc mükafat qazanıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu gün keçirilən qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1-3 hesabı ilə uduzan Yağmur Məmmədli ilə Aylin Əsgərova üçüncü yeri tutublar.
Oğlanların qoşa yarışlarının yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3-0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə isə finala yüksəlib.
Qeyd edək ki, idmançılarımız bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.
Eyni zamanda, Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında ikinci olub gümüş medal qazanıb. Rusiyalı Aleksandr Filipets qızıl medal əldə edibsə, onun həmyerlisi Boqdan Toropkin üçüncü yerlə kifayətlənib.
Qadınlar arasında arxasıüstə 200 metr məsafəyə üzmə yarışında rusiyalı Anastasia Kobzar birinci, qazaxıstanlı Marqarita Zaytseva və onun həmyerlisi Marqarita Rayenka növbəti pillələrdə qərarlaşıblar.
Azərbaycan üzgüçüsü Yeqor Maynitski III MDB Oyunlarında bürünc medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, o, 200 metr məsafəyə dörd üslübdan ibarət fərdi üzgüçülük yarışında üçüncü olub.
Rusiyalı İlya Lamşanov qızıl, belaruslu Maksim Maluşka gümüş mükafat əldə edib.
Bundan başqa, qadınların 200 metr məsafəyə bras üslubu üzrə yarışında Rusiya idmançısı Marya Lakovleva qızıl medal əldə edib. Belarusdan olan Valeriya Şulko ikinci, onun həmyerlisi Bajena Pivaş üçüncü olublar.
Kişilər arasında 100 metr məsafəyə bras üslubu ilə üzmədə Belarus üzgüçüsü Vsevolod Sarakavik bütün rəqiblərini qabaqlayıb.
Rusiyalı İlya Lamşanov ikinci, onun həmyerlisi Kiril Verençuk üçüncü yeri tutub.
Azərbaycan təmsilçilərindən Yeqor Maynitski yeddinci, Əmirhüseyn Gənceh isə səkkizinci nəticə göstəriblər.
Stolüstü tennis yarışlarında Azərbaycan tennisçiləri Yağmur Məmmədli və Aylin Əsgərova qızların qoşa yarışında Belarusa məğlub olublar.
Təmsilçilərimiz yarımfinalda rəqibinə 1:3 hesabı ilə uduzublar.
Daha çox foto burada: PhotoStock.az
Azərbaycanda keçirilən III MDB Oyunlarının üzgüçülük yarışlarında növbəti medalçılar müəyyənləşib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, kişilərin mübarizəsində 50 metr məsafəyə arxasıüstə üzmə yarışında qalibin adına aydınlıq gəlib.
Rusiyalı Dmitrii Kravtsov birinci, Belarusdan olan Mikita Apanasik və Kiril Bantşeviç müqafiq olaraq 2 və 3-cü yerləri tutublar.
Qadınların 100 metr məsafəyə "butterfly" üsulu üzrə üzməsində rusiyalı Yevgenia Sadovnikova qızıl, qazaxıstanlı Taissiya Korotkova gümüş, Azərbaycan təmsilçisi Mehri Əbdürəhmanlı bürünc müdal əldə ediblər.
Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Gəncə İdman Sarayında üzgüçülük yarışlarına start verilib.
İlk olaraq qadınların yarışında 800 metr məsafəyə sərbəst üsulla üzmədə mükafatçılar müəyyənləşib.
Rusiya təmsilçisi Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci, Belarusdan olan Kseniya Mastoviç üçüncü yeri tutubla.
Azərbaycan üzgüçüsü Anastasiya Qnussina dördüncü yerlə kifayətlənib.
Bu gün Qəbələ Olimpiya İdman Kompleksində stolüstü tennis yarışları davam edəcək. Qoşa və qarışıq-qoşa növləri üzrə 1/4 final, yarımfinal və final matçları baş tutacaq..
Oxu.Az xəbər verir ki, Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə mübarizə baş tutacaq.
Şəki şəhər stadionunda isə çövkən oyunlarına start veriləcək. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla üz-üzə gələcək. B qrupunda Özbəkistanla Qazaxıstan qarşılaşacaqlar.
Gəncə İdman Sarayında üzgüçülüyün bir neçə növü üzrə final görüşləri keçiriləcək.