Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb.
Oxu.Az xəbər verir ki, 15 ölkədən 146 idmançının qatıldığı yarışda Azərbaycan yığması 4 boksçu ilə təmsil olunub.
Baş məşqçi Əsgər Eyvazovun rəhbərlik etdiyi komanda çıxışını 2 bürünc medalla başa vurub. Boksçularımızdan Nicat Hüseynov (-51 kq) və Fətəli İsmayılov (-86 kq) üçüncü yeri tutub. Onlardan sonuncusu, həmçinin Tural Sarıyev (-48 kq) göstərdikləri döyüşə görə turnirin xüsusi kuboku ilə də mükafatlandırılıb.
Qeyd edək ki, yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.