Portuqaliyada paralimpiyaçılar arasında cüdo üzrə Avropa çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, yarışların birinci günündə Azərbaycanın dörd idmançısı medal qazanıb.
Məşhur cüdoçumuz İlham Zəkiyev qızıl medal qazanaraq 6 qat Avropa çempionu olub.
Bayram Mustafayev qızıl medal, Ramin İbrahimov gümüş medal, Kənan Abdulxanlı isə bürünc medal qazanıb.
İdmançılarımızın dördü də Rio-de-Janeyroda keçiriləcək Paralimpiyaya lisenziya qazanıb.
Şənbə günü tatamiyə daha beş paralimpiyaçı çıxacaq.
F.H.
www.oxu.az