Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![İlham Zəkiyev yeddinci Dan Qara Kəmər sahibi oldu – FOTO](https://images.oxu.az/2018/09/22/23/46/38/c9f764c9-5da5-4016-a30b-0fbb3cc5bddb/42324454_324805024961024_2962655500044337152_n:1200.jpg)
İlham Zəkiyev yeddinci Dan Qara Kəmər sahibi oldu – FOTO
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, mötəbər turnir çərçivəsində ikiqat Paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olan cüdoçu İlham Zəkiyev də mükafatlandırılıb.
O, yeddinci Dan Qara Kəmərlə təltif olunub. İ.Zəkiyevə mükafatı Beynəlxalq Cüdo Federasiyasının (IJF) idman direktoru Vladimir Barta təqdim edib.
Qeyd edək ki, İlham Zəkiyevin adı üç gün əvvəl Olimpiya çempionlarımız – Nazim Hüseynov və Elnur Məmmədli ilə birgə IJF-in Şöhrət Zalına daxil edilmişdi.
Səbuhi MUSAYEV
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
- Bakıda sərnişin avtobusu qəzaya uğradı
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?
- Sabunçuda baş verən qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Rəylər