Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi “Globe Soccer Awards” mükafatları üzrə daha bir neçə qalibin adına aydınlıq gəlib.
PSJ-nin oyunçusu Canluici Donnarumma ən yaxşı qapıçı, İtaliya “Yuventus”unda çıxış edən Leonardo Bonuççi isə ən yaxşı müdafiəçi seçilib.
İlin komandası adına “Çelsi” layiq görülüb. Belə ki, London klubu bu il UEFA Çempionlar Liqasını qazanıb.
İtaliya millisilə Dünya çempionu olan Roberto Mançini ilin məşqçisi seçilib.
Xatırladaq ki, bir qədər əvvəl ilin ən yaxşı futbolçusu və hücumçusu adlarına Mbappe və Levandovskinin layiq görülüyünü xəbər vermişdik.
Mənbə: Sports.ru
Rəylər