Bu yaxınlarda 21 kiloqram arıqlayaraq pərəstişkarlarını şoka salan Rusiyanın Xalq artisti Larisa Dolina qatar kupesindən qutab (çeburek) və qızardılmış yeməklərlə çəkilmiş video yayımlayıb.
Müğənni “Instagram” səhifəsindən etdiyi paylaşımında deyir ki, ona harmoniya və gözəlliyi qoruyub saxlamağa kömək edən məhz belə bir pəhrizdir:
“Düz gecə yarısı ən qalın, ən qızardılmış, ən yağlı qutabı (çeburek) götürüb yeyirəm. Sonra da üstündən xrenovuxa içirəm (sərt araq növü)”, - deyə o qeyd edib.
Müğənni süfrədəki yeməkləri göstərərək deyir ki, bütün bunları- pirojka, qızardılmış kartof və pankeykləri yeyəcək və üstündən də spirtli içki içəcək.
“Təsəvvür edirsiniz - bu mənim bədən quruluşumun və gözəlliyimin sirridir”, - deyə o vurğulayıb.
Dolina daha əvvəl 21 kiloqram arıqlamağı necə bacardığını danışarkən klinikaya getdiyini və həkimlərin ona qidalanma tövsiyələrini verdiklərini deyib. Məşhurun sözlərinə görə, qadağan olunmuş qidaların siyahısı onu çox təəccübləndirib - xüsusən də orada meyvə və giləmeyvə olub. Sənətçi sərt pəhrizdən əlavə, müddətli ac qalma qaydasına da əməl edib.
View this post on Instagram
"Larisa Dolina" teqi üzrə xəbərlər
- Larisa Dolinanın 114 milyon rublluq iddiası məhkəmə tərəfindən təmin edilib
- Ukrayna 31 "YouTube" kanalını blokladı: Məşhur rusiyalı müğənnilər siyahıda
- Larisa Dolina yenə də dələduzların hədəfində: Bu dəfə saxta video ilə evini satdılar
- Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi: Siyahıda çox sayda məşhur sənətçilər də var
- Zelenski Peqov və digərlərinə qarşı sanksiyalar tətbiq edib
Ən çox oxunanlarDigər xəbərlər