Moskvanın Lefortovo məhkəməsi müğənni Larisa Dolinanı daşınmaz əmlakla bağlı aldadaraq məhkum olunmuş fırıldaqçılara qarşı qaldırılan iddianı təmin edib.
Oxu.Az xəbər verir ki, bu barədə çərşənbə axşamı məhkəmədən "İnterfaks" agentliyinə məlumat verilib.
Açıqlamada bildirilir ki, iddiaçının tələbləri qəbul edilib və 114 milyon 120 min rubl (təxminən 2 milyon 300 min manat) həcmində pul vəsaitinin tutulmasına qərar verilib.
Qeyd edək ki, daha əvvəl Dolinaya qarşı dələduzluq etmiş dörd nəfər 4 ildən 7 il 3 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu. 2024-cü ilin avqust ayında sənətçinin telefon fırıldaqçılarının hədəfinə tuş gəldiyi məlum olmuşdu. Onun mənzilinin satılması ilə bağlı xəbər Rusiyada geniş ictimaiyyətin diqqətini cəlb etdi və daşınmaz əmlak əməliyyatlarında fırıldaqçılıq sxemlərinin geniş yayılmasına diqqət çəkdi. Davamlı məhkəmə proseslərinin ardınca sözügedən mənzil alıcıya geri qaytarılıb.