Türkiyədə qadın futbolu tarixində ilk derbi həyəcanı yaşanıb.
“Qalatasaray” və “Fənərbağça”nın qadın futbol komandaları zərif cinsə qarşı zorakılıq mövzusunda cəmiyyəti maarifləndirmək üçün yoldaşlıq oyunu keçirib.
Nef Stadionunda baş tutan qarşılaşma “Fənərbağça”nın üstünlüyü ilə yekunlaşıb.
Matçın beşinci dəqiqəsindən azlıqda qalan “aslanlar” 51 dəqiqəyə qapısında 7 qol görüblər.
Beləliklə də, tarixi oyun “Fənər”in qonaq meydanda 7:0-lıq qələbəsilə başa çatıb.
Mənbə: “Haber Global”