"Mançester Siti" yarımmüdafiəçisi İlkay Gündoğanla müqavilə müddətini bir il uzadıb.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" türkəsilli futbolçunun müqaviləsini birillik uzatma bəndindən istifadə edəcək.
34 yaşlı futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, İlkay Gündoğanın adı Türkiyənin "Qalatasaray" klubu ilə hallanırdı.