İngiltərə Kubokunda üçüncü raundun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, "Liverpul" doğma meydanda aşağı liqa təmsilçisi "Barnsli"ni qəbul edib.
İngiltərə Kuboku: "Liverpul" mərhələ adladı
Matç gözlənildiyi kimi, Mersisayd klubunun qələbəsilə başa çatıb. Meydan sahibləri qonaqların qapısından dörd qol keçirib, öz qapılarından isə yalnız bir top çıxarıblar - 4:1.
Xatırladaq ki, mərhələnin oyunlarına yanvarın 20-də yekun vurulacaq.
Qeyd edək ki, kubokun hazırki sahibi "Kristal Pelas"dır. Komanda üçüncü raundda məğlub olaraq mübarizəni dayandırıb.