Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İngiltərə Liqa Kuboku: İlk finalçı bəlli oldu
İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Nyukasl" və "Arsenal" komandaları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, cütlük arasında Londonda baş tutmuş ilk oyunda "topçular" 0:2 hesabı ilə məğlub olublar.
Cavab görüşündə də oxşar ssenari təkrarlanıb. Bu dəfə "Nyukasl" öz meydanında 2:0 (4:0) hesabı ilə qalib gələrək adını finala yazdırıb.
Qeyd edək ki, digər yarımfinal cütündə "Tottenhem" kubokun hazırkı sahibi "Liverpul"la mübarizə aparır. İlk matçda London klubu minimal hesabla (1:0) qalib gəlib. Cavab oyunu fevralın 7-də baş tutacaq.
"İngiltərə Liqa Kuboku" teqi üzrə xəbərlər
- İngiltərə Liqa Kuboku: "Liverpul" səfərdə "Tottenhem"ə uduzdu
- İngiltərə Liqa Kuboku: "Arsenal" ev matçında "Nyukasl"a uduzdu
- İngiltərə Liqa Kuboku: "Liverpul" yarımfinalda
- İngiltərə Liqa Kuboku: "Arsenal" geridönüş edərək yarımfinala adladı
- İngiltərə Liqa Kuboku: "Çelsi" və "Mançester Siti"dən erkən vida
Ən çox oxunanlar
Rəylər