Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İngiltərə Liqa Kuboku: "Liverpul" səfərdə "Tottenhem"ə uduzdu
İngiltərə Liqa Kubokunun ikinci yarımfinal cütünün ilk oyununda "Tottenhem" doğma meydanda "Liverpul"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Londonda baş tutan matçın ilk dəqiqələrində "Tottenhem"in futbolçusu Rodriqo Bettankur yerə yıxılaraq huşunu itirib. Bu səbəbdən qarşılaşmada 10 dəqiqəlik fasilə yaranıb.
Matçın nəticəsinə gəlincə, oyunda yeganə qolu 86-cı dəqiqədə meydan sahiblərindən Lukas Berqval vuraraq "Tottenhem"in minimal hesablı qələbəsini rəsmiləşdirib - 1:0.
Komandalar arasında cavab oyunu fevralın 6-də Liverpulda keçiriləcək.
Xatırladaq ki, birinci yarımfinal cütünün ilk görüşündə "Arsenal" evdə "Nyukasl"a məğlub olub - 0:2.
"Liverpul FK" teqi üzrə xəbərlər
- Məhəmməd Salah bu mövsüm rekordlarına daha birini əlavə etdi
- Məhəmməd Salah İngiltərə Premyer Liqasında rekorda imza atdı
- İngiltərə Premyer Liqası: "Liverpul" "Aston Villa" ilə bacarmadı
- Azarkeşlərin tənqidi "Liverpul" klubunu geri addım atmağa məcbur etdi
- Qvardiola üç ulduz futbolçusu ilə yolları ayırmağı PLANLAŞDIRIR