İngiltərə Liqa Kubokunin ilk yarımfinal matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, "Mançester Siti" səfərdə kubokun hazırkı sahibi "Nyukasl"la üz-üzə gəlib.
Matçın taleyini iki qol həll edib. Semenyo (53) və Çerkinin (90+8) qonaqlara qələbə qazandıran zərbələrin müəllifi olublar - 0:2.
İngiltərə Liqa Kuboku: "Mançester Siti" finala bir addım yaxınlaşdı
Komandalar arasındakı cavab görüşü fevralın 4-də Mançesterdə keçiriləcək.
Qeyd edək ki, digər yarımfinalda "Arsenal" "Çelsi" ilə qarşılaşacaq. Turnirin finalı isə martın 22-də baş tutacaq.