“Keşlə” FK növbəti futbolçu ilə müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, britaniyalı yarımmüdafiəçi Natan Oduva 6 aylıq müqavilə imzalayıb.
25 yaşlı cinah hücumçusu cari mövsümün sonunadək bu komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Nigeriya əsilli Oduva İngiltərədə doğulub. O, “Totenhem”in yetirməsidir. Bu komandanın əsas heyətinə düşə bilməsə də, İngiltərədə “Luton Taun”, “Kolçester Yunayted”, “Peterboro Yunayted”, Şotlandiyada “Reyncers” kimi klublarda icarə əsasında çıxış edib.
Bundan başqa, o, Sloveniyada “Olimpiya”nın, Danimarkada “Vayle”, İsraildə “Hapoel” (Hadera), İrlandiyada “Dandolk” komandalarında legioner karyerası yaşayıb. Futbolçu 2020-ci ildən sonra klubsuz olub.
Natan Oduva İngiltərənin U-17, U-18, U-20 və Nigeriyanın U-23 millilərində çıxış etsə də, qol vura bilməyib.

Səbuhi Musa