Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İngiltərə Premyer Liqası: 3 oyunda 16 qol vuruldu
İngiltərə Premyer Liqasında 34-cü turun bir sıra görüşləri baş tutub.
Artıq başa çatan üç oyundan ikisi bol qollu olması ilə seçilib.
Belə ki “Brayton” evdə “Vulverhempton”un qapısından 6 cavabsız qol keçirərək darmadağına imza atıb – 6:0.
“Kristal Pelas” - “Vest Hem” matçında isə əsl qol dueli yaşanıb. Ev sahiblərinin 3 qoluna qonaqlar 4 qolla cavab verərək qələbəni bayram ediblər - 3:4.
“Brentford” - “Nottinhem” matçının taleyini isə 90+4-cü dəqiqədə vurulan top həll edib. Bu qarşılaşmada meydanı əliboş tərk edən qonaq komanda olub – 2:1.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar