Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İngiltərə Premyer Liqası: "Arsenal"dan darmadağın, "Çelsi"dən geridönüş, "Mançester Yunayted" uduzdu
İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, "Arsenal" səfərdə "İpsviç"in qonağı olub.
Meydan sahibləri artıq 32-ci dəqiqədə azlıqda qalıblar. "Topçular" autsayderin qapısından 4 cavabsız qol keçiriblər - 0:4.
"Çelsi" səfər matçında "Fulhem"lə üz-üzə gəlib. "Zadəganlar" ilk hissədə hesabda geri düşsələr də, ikinci hissədə geridönüş etməyi bacarıblar - 1:2.
"Mançester Yunayted" isə doğma meydanda azarkeşlərini məyus edib. "Qırmızı şeytanlar" Old Traffordda "Vulverhempton"a minimal hesabla məğlub olublar - 0:1.
Hazırda "Arsenal" 66 xalla yarış cədvəlində 2-ci, "Çelsi" 57 xalla 5-ci, "Mançester Yunayted" isə 38 xalla 14-cü pillədə qərarlaşıb.