20.04.2025-ci il tarixində Lerik rayonunun inzibati ərazisinin bəzi hissələrində "Azercell Telekom" MMC-dən asılı olmayan səbəblərdən telekommunikasiya xidmətlərindən istifadə zamanı müvəqqəti çətinliklər müşahidə olunub.
"Azercell Telekom"dan Oxu.Az-a verilən məlumata görə, hazırda yaranmış halın aradan qaldırılması üçün müvafiq ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber-optik kabellərin zədələnmiş hissələrinin bərpası istiqamətində təcili tədbirlər görülməkdədir.
"Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, tez bir zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir", - məlumatda deyilir.
"Azercell Telekom" MMC-dən verilən məlumata görə, görülmüş təcili tədbirlər nəticəsində yaranan çətinlik aradan qaldırılaraq telekommunikasiya xidmətlərindən tam normal əsaslarla istifadə imkanı təmin edilib.