Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İngiltərə Premyer Liqası: "Arsenal" "Everton"la bacarmadı
İngiltərə Premyer Liqasının 16-cı turunda "Arsenal" "Everton"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Londondakı "Emireyts" stadionundakı matç 0:0 hesabı ilə başa çatıb.
Oyun zamanı "Arsenal" fəal şəkildə "Everton"un qapısına hücumlar təşkil etsə də, qapı torunu silkələyə bilməyib.
Hazırda London klubu 16 oyunda 30 xal toplayıb və İngiltərə Premyer Liqasında üçüncü yerdədir. "Everton" isə 15 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər