İngiltərə Premyer Liqasının 6-cı turunda "Nyukasl Yunayted" "Arsenal"ı qəbul edib.
Oxu.Az xəbər verir ki, görüşdə londonlular 1:2 hesabı ilə qalib gəliblər.
Meydan sahiblərində Nik Voltemad 34-cü dəqiqədə hesabı açıb. 84-cü dəqiqədə "topçular"dan Mikel Merino matçda bərabərlik yaradıb. 90+6-cı dəqiqədə isə qonaqlardan Qabriel Maqalyans fərqlənərək "Arsenal"ın geridönüşünü rəsmiləşdirib.
Bu oyundan sonra "Arsenal" 13 xalla ikincidir. "Nyukasl Yunayted" isə 6 xalla Premyer Liqa cədvəlində 15-ci yerdə qərarlaşıb.