Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İngiltərə Premyer Liqası: "Çelsi" son saniyə qolu ilə uduzdu
İngiltərə Premyer Liqasının 18-ci turunun "Çelsi" və "Fulhem" komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, klublar Londondakı "Stemford Bric"də qarşılaşıblar.
Görüş 2:1 hesabı ilə "Fulhem"in xeyrinə başa çatıb.
Qarşılaşmada hesab matçın 16-cı dəqiqəsində açılıb, "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer fərqlənib. 82-ci dəqiqədə Harri Uilson hesabı bərabərləşdirib. 90+5-ci dəqiqədə isə "Fulhem"in hücumçusu Rodriqo Muniz komandasını hesabda irəli çıxarıb.
Qeyd edək ki, "Çelsi" hazırda çempionatın turnir cədvəlində ikinci yerdədir. Komanda 18 görüşdə 35 xal toplayıb. "Fulhem" isə 18 oyundan sonra 28 xalla səkkizinci yerdədir.
"Çelsi FK" teqi üzrə xəbərlər
- "Çelsi" Ceydon Sançonun transfer hüquqlarına yiyələnmək istəyir
- İngiltərə "Çelsi"nin satışından əldə etdiyi vəsaiti Ukraynaya köçürəcək?
- "Çelsi"nin sabiq futbolçusu karyerasını Braziliyada davam etdirəcək
- UEFA Konfrans Liqası: "Çelsi"dən darmadağın, "Başakşəhər"dən heç-heçə
- "Çelsi" Mixail Mudrikin müqaviləsinə xitam verəcək
Rəylər