İngiltərə Premyer Liqasının 22-ci turunda "Nottingem Forest" lider "Arsenal"ı qəbul edib.
Oxu.Az xəbər verir ki, oyun qolsuz heç-heçə ilə başa çatıb.
22 turdan sonra London klubu 50 xalla Premyer Liqaya başçılıq edir. Komanda ən yaxın rəqibi "Mançester Siti"dən 7 xal irəlidədir. "Nottingem Forest" isə 22 xalla 17-ci yerdə qərarlaşıb.
Növbəti turda "topçular" yanvarın 25-də "Mançester Yunayted"lə qarşılaşacaqlar.