Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İngiltərə Premyer Liqası: "Liverpul" çempionluğun bir addımlığında
İngiltərə Premyer Liqasının 33-cü turunda "Lester" və "Liverpul" komandalarının qarşılaşdığı matç başa çatıb.
Oxu.Az xəbər verir ki, Lester şəhərindəki "Kinq Pauer" stadionunda baş tutan görüşdə qonaqlar 0:1 hesabı ilə qalib gəliblər.
Yeganə qolu 76-cı dəqiqədə mersisaydlıların müdafiəçisi Trent Aleksander-Arnold vurub.
Hazırda Slotun yetirmələri 79 xalla yarış cədvəlinin ilk sırasında yer alırlar. Liderin ən yaxın rəqibi aktivində 66 xalı olan "Arsenal"dır. Daha bir qələbə qazanacağı təqdirdə "Liverpul" "topçular" üçün əlçatmaz olacaq.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının bitməsinə beş tur qalır. Çempionata mayın 25-də yekun vurulacaq.
"Liverpul FK" teqi üzrə xəbərlər
- Yeni mövsümdə UEFA ÇL-in liqa mərhələsində iştirak etmək hüququ qazanan 16-cı komanda bəlli oldu
- İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal"la bacarmadı
- "Arsenal"ın azarkeşləri və futbolçularından "Liverpul"a çempionluq təbriki
- "Real Madrid" İngiltərə nəhənglərinin oyunçularını pulsuz transfer etmək istəyir
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI