Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İngiltərə Premyer Liqası: "Liverpul"-"Nyukasl" görüşündə altı qol vuruldu
İngiltərə Premyer Liqasının 14-cü turunda "Nyukasl " və "Liverpul" komandaları qarşılaşıb.
Oxu.Az xəbər verir ki, görüş 3:3 hesabı ilə başa çatıb.
Hesabı 35-ci dəqiqədə "Nyukasl"ın hücumçusu Aleksandr İsak açıb. 50-ci dəqiqədə Kertis Cons hesabı bərabərləşdirib. 62-ci dəqiqədə "sağsağanlar" Entoni Qordonun qolu ilə yenidən hesabda önə keçiblər. 68-ci dəqiqədə Məhəmməd Salah yenidən hesabı bərabərləşdirib və 83-cü dəqiqədə dubla imza atıb. 90-cı dəqiqədə "Nyukasl" Fabian Şerin vurduğu qolla oyunda son nöqtəni qoyu.
"Liverpul" 14 matçda 35 xal toplayıb və liderliyini davam etdirir. "Nyukasl" 20 xalla 11-ci yerdədir.