İngiltərə Premyer Liqasının son çempionu "Liverpul" 20-ci turda "Fulhem"in qonağı olub.
Oxu.Az xəbər verir ki, mersisayd klubu səfərdən xalla qayıtmağı bacarıb.
17-ci dəqiqədə meydan sahiblərindən Uilson hesabı açıb. 57-ci dəqiqədə Virts matçda tarazlıq yaradıb. 90+4-cü dəqiqədə Qakpo qonaqları irəli çıxarıb. 90+7-ci dəqiqədə isə Ridin dəqiq zərbəsi yekun nəticəni müəyyənləşdirib - 2:2.
Hazırda "Liverpul" 34 xalla yarış cədvəlinin 4-cüsüdür. "Fulhem" isə 28 xalla 11-i pillədə qərarlaşıb.