"Çelsi" İngiltərə Premyer Liqasının 1-ci turunda səfərdə "Fulhem"lə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, London derbisi "zadəganlar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində qolları Joao Pedro (1-ci dəqiqə), yeni transfer Morqan Rocers (41-ci dəqiqə) və Koul Palmer (49-cu dəqiqə) vurublar.
Meydan sahiblərinin heyətində isə Coşua Kinq (23-cü dəqiqə) və "Real Madrid"in sabiq hücumçusu Qonsalo Qarsiya (54-cü dəqiqə) fərqləniblər.
Qaynar xətt:
(055) 224 12 12