İngiltərə Premyer Liqasının 13-cü turunda "Mançester Siti" və "Lids Yunayted" arasında oyun başa çatıb.
Oxu.Az xəbər verir ki, "şəhərlilər" 3:2 hesabı ilə qalib gəliblər.
Mançesterlilər qələbə qolunu 90+1-ci dəqiqədə vura biliblər
Bu oyundan sonra "Mançester Siti" 25 xalla turnir cədvəlində ikinci sırada qərarlaşır, "Lids Yunayted" isə 11 xalla 18-ci yeri tutur.
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Lids Yunayted" üzərində son dəqiqələrdə qələbə qazandı