İngiltərə Premyer Liqasının 9-cu turunda "Mançester Yunayted" "Brayton"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Old Trafford"dakı matçda meydan sahibləri qalib gəliblər.
Mankunianlardan Kunya, (24), Kazemiro (34) və Mbemo (61, 90+7), qonaqlardan isə Uelbek (74) və Kostulas (90+2) fəqləniblər.
Bu oyundan sonra "Mançester Yunayted" turnir cədvəlində 16 xalla 4-cü, "Brayton" isə 12 xalla 12-ci yerdədir.