Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İngiltərə Premyer Liqası: "Nyukasl" ardıcıl 5-ci qələbəsini "Tottenhem" üzərində qazandı
İngiltərə Premyer Liqasının 20-ci turunda "Tottenhem" və "Nyukasl Yunayted" qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, Londonda baş tutan oyun 1:2 hesabı ilə qonaq "Nyukasl"ın xeyrinə başa çatıb.
Qarşılaşmada hesab artıq dördüncü dəqiqədə açılıb. "Tottenhem"in hücumçusu Dominik Solanke fərqlənib. Altıncı dəqiqədə Entoni Qordon hesabı bərabərləşdirib. 38-ci dəqiqədə isə "Nyukasl Yunayted"in hücumçusu Aleksandr İsak komandasının qələbə qolunu vurub - 1:2.
Hazırda "Tottenhem" 24 xal toplayıb və İngiltərə Premyer Liqasında 11-ci yerdədir. Ardıcıl 5-ci qələbəsini qeyd edən "Nyukasl Yunayted" isə 35 xalla turnir cədvəlində beşinci pillədədir.
"Tottenhem FK" teqi üzrə xəbərlər
- UEFA Avropa Liqası: "Tottenhem"dən məğlubiyyət, "Mançester Yunayted"dən heç-heçə, "Lion"dan qələbə
- Harri Keyndən unikal göstərici – Ardıcıl üç mövsümdə 30 qol
- UEFA Avropa Liqası: 1/8 final mərhələsinin ilk görüşləri keçiriləcək
- "Tottenhem" Vernerlə bağlı yekun qərarını verdi
- Alın yazısını özü yazan futbolçu: Bu gün onun həyat yolunu Misirdə dərsliklərə salırlar