Bu gün İngiltərə Premyer Liqasında dördüncü turun görüşlərinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, günün ən maraqlı qarşılaşmasında "Tottenhem" "Arsenal"ı qəbul edib.
Qonaqlar 1:0 hesabı ilə qalib gəliblər.
İlk hissədə komandalar qol vura bilməyiblər. 64-cü dəqiqədə braziliyalı müdafiəçi Qabriel Maqalyans "Arsenal"ı hesabda önə keçirib. Matçın gedişində hakim 8 sarı vərəqə göstərib.
Bu qələbədən sonra "Arsenal" 10 xal toplayıb. Mikel Artetanın yetirmələri ikinci yerə yüksəliblər. "Tottenhem" 4 xalla 13-cü pillədə qalıb.
Bu gün İngiltərə Premyer Liqasında dördüncü turun görüşlərinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, günün ən maraqlı qarşılaşmasında "Tottenhem" "Arsenal"ı qəbul edəcək.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 17:00-da "Tottenham Hotspur Stadionu"nda keçiriləcək.
15 sentyabr
İngiltərə Premyer Liqası
"Tottenhem" - "Arsenal"
Saat 17:00, "Tottenham Hotspur Stadionu"
Rəylər