Futbol üzrə İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı oyunçusunun adı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqası məlumat yayıb.
Bildirilib ki, "Mançester Yunayted" klubunun hücumçusu Brayan Mbemo oktyabr ayının ən yaxşısı seçilib. Futbolçu ötən ay üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Mançester Yunayted" oktyabr ayında ölkə çempionatında keçirdiyi 3 matçın hər birində qələbə qazanıb.