Ermənistanın İstintaq Komitəsi (İK) keçmiş iqtisadiyyat naziri Vaan Kerobyanın saxlanıldığı işin təfərrüatını açıqlayıb.
Oxu.Az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, istintaqın versiyasına görə, cinayətkar təşkilatın üzvləri 2008-2014-cü illərdə külli miqdarda pulların yuyulması ilə məşğul olublar.
Bildirilir ki, şərab-konyak müəssisələrindən birinin sahibi daşınmaz əmlakın kadastrı komitəsinin əməkdaşlarının köməyi ilə İrəvanda ərazisi 40, 19.3 və 14.5 hektar olan üç torpaq sahəsini qanunsuz şəkildə özəlləşdirib. Cinayətkar təşkilatın üzvləri həmin əraziləri müxtəlif banklarda girov qoyaraq 10 milyon dollardan çox kredit götürüblər.
Sonra kadastr komitəsinin ərazi bölməsinin keçmiş rəhbəri vəzifə səlahiyyətlərini aşaraq, saxta mülki-hüquqi əqdlər vasitəsilə pulların bundan sonra da yuyulması məqsədi ilə mülkiyyət şəhadətnamələri rəsmiləşdirib.
İstintaq Komitəsindən bildirilir ki, ilkin istintaq mərhələsində bu cinayətkar sxemdə iştirak edən şəxslərin çevrəsi müəyyən olunub. Onların mənzillərində axtarışlar aparılıb, istintaq üçün əhəmiyyətli əşyalar aşkarlanıb. 12 nəfər barəsində saxlanılma qərarı qəbul edilib. Onlardan yeddisi artıq saxlanılıb. İstintaq davam edir.

Ermənistanın sabiq iqtisadiyyat naziri Vaan Kerobyan yenidən həbs edilib.
Oxu.Az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu gün səhər onun evində axtarış aparılıb. Qardaşı Avetik Kerobyan bu faktı təsdiqləyib.
Kerobyan iqtisadi cinayətlə bağlı açılmış cinayət işi üzrə həbs olunub.
Xatırladaq ki, 2024-cü ilin əvvəllərində Kerobyana və İqtisadiyyat Nazirliyinin bir sıra əməkdaşlarına qarşı cinayət işləri açılıb. Onlar intensiv bağların inkişafı proqramının həyata keçirilməsi zamanı dövlət vəsaitinin mənimsənilməsində, həmçinin tenderlərdə iştirak edən şirkətlərə maneələr yaratmaqda ittiham olunublar. Kerobyan bir neçə ay ev dustaqlığında olub. O, ev dustaqlığında qalmasının qanunsuzluğu məsələsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. 2024-cü ilin iyun ayında azadlığa buraxılıb.