İngiltərəli keçmiş hakim Stiven Uilson azadlıqdan məhrum edilib.
Oxu.Az "Daily Mail"ə istinadla xəbər verir ki, Uilson cinsi təcavüzə görə ittiham olunub.
İngilis hakimin 2009-cu ildə yetkinlik yaşına çatmayan uşağa təcavüz etdiyi iddia olunub.
12 ildən sonra - 2021-ci ildə məhkəmə baş tutub. Bundan sonra Uilsonun öz "qurban"ını 3-4 saat ərzində ləyaqəti alçaldan işgəncələrə məruz qoyduğu ortaya çıxıb.
Keçmiş hakim doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, əvvəllər aşağı liqalarda hakim kimi çalışıb. Bəzi hallarda İngiltərə Premyer Liqasının oyunlarında köməkçi hakim kimi çıxış edib.