Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"İnter" antirekordunu təkrarlayıb
İtaliyanın "İnter" klubu anti-rekordunu təkrarlayıb.
Oxu.Az xəbər verir ki, Milan təmsilçisi bütün turnirlər daxil olmaqla axırıncı üç matçda məğlubiyyətlə üzləşir və rəqib qapılarına qol vura bilmir.
"İnter" İtaliya Kubokunda "Milan"a uduzduqdan (0:3) sonra "Bolonya" və "Roma"ya da minimal hesabla məğlub olub.
Bu, son 13 ildə komandanın göstərdiyi ən zəif nəticədir. "Neradzurri" axırıncı dəfə 2012-ci ildə belə uğursuz nəticəyə imza atıb.
Həmin vaxt "İnter" hazırda "Roma"nı çalışdıran Klaudio Ranyerinin rəhbərliyi altında ardıcıl beş görüşdə həm uduzmuşdu, həm də fərqlənə bilməmişdi.
"AC Milan" teqi üzrə xəbərlər
Ən çox oxunanlar