Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“İnter” “Barselona”nın futbolçusunu transfer etdi - VİDEO
İtaliyanın “İnter” klubu İspaniya “Barselona”sının yarımmüdafiəçisi Arturo Vidalı heyətinə cəlb edib.
Bu barədə Milan klubunun rəsmi “Twitter” səhifəsi 33 yaşlı futbolçunun İtaliyaya gəldiyini göstərən video yayıb.
🤳 | SALUTO
— Inter (@Inter) September 20, 2020
👋 @kingarturo23 😉 pic.twitter.com/G8cHdMBMFs
Çilili mərkəz yarımmüdafiəçisi ilə artıq rəsmi müqavilə bağlanılıb. O, 2+1 illik müqaviləyə qol çəkib. Bu transferin gələn ilə kimi müqaviləsi olan Kataloniya təmsilçisinə bir milyon avro qazandırdığı bildirilir. Klub saytı transferi yaxın saatlarda açıqlayacaq.
Qeyd edək ki, Arturo Vidal “Barselona”ya 2018-ci ildə “Bayern”dən keçib. O, daha əvvəl İtaliyada dörd il “Yuventus”un şərəfini qoruyub.
Səbuhi Musayev