Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“İnter” darmadağınla liderliyə yüksəldi - VİDEO
İtaliya A Seriyasının 15-ci turunun daha bir matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, “İnter” öz meydanında “Udineze”ni qonaq edib.
Milanın San Siro (Cüzeppe Meazza) stadionunda 4 qol qeydə alınıb. Onların hamısının müəllifi ev sahibi komandanın futbolçuları olub - 4:0.
“İnter”in türkiyəli ulduzu Hakan Çalhanoğlu qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə də, A Seriyasının 15 turundan sonra “İnter”in 38 xalla birinci yerə yüksəlib. Öz növbəsində, “Udineze” İtaliya çempionatında eyni sayda oyundan sonra 12 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.
"İtaliya" teqi üzrə xəbərlər
- İtaliyada "Tesla"nın mağazasında yanğın: 17 avtomobil KÜL OLDU
- Məşhur İtaliya brendi "Qazprom"un idarəçiliyindən çıxarıldı
- Axırıncı dəfə məzuniyyətə 67 il əvvəl çıxan 100 yaşlı barista qadın
- İtaliyada tamamilə süni intellekt tərəfindən yazılan qəzet buraxılıb
- İtaliyada leysan yağışları: Florensiyanı su basdı
Ən çox oxunanlar