Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakının “İnter” klubu səfərdə İslandiyanın “Hafnarfyordur” klubunu məğlub edib.
Oxu.Az xəbər verir ki, komandamız 2:1 hesabı ilə qələbə qazanıb.
39-cu dəqiqədə ev sahibləri Atli Quadsonun vurduğu penalti zərbəsindən sonra hesabda irəli çıxıblar.
54-cü dəqiqədə Kvekveskiri Rauf Əliyevə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirdi. Bu epizodda rəqib qapıçı qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Təmsilçimizin qələbə qolu isə 61-ci dəqiqədə Dieqo Martinsdən gəldi.
Cavab oyunu iyulun 23-də Bakıda “Şəfa” stadionunda keçiriləcək.