Albaniyanın Laçi şəhərində Avropa Liqasının təsnifat mərhələsisinin ilk oyununda “Laçi” (Albaniya) və “İnter” (Azərbaycan) qarşılaşması baş tutub.
Oxu.Az xəbər verir ki, oyun 1:1 hesabı ilə bitib.
Hesabı 20-ci dəqiqədə meydan sahiblərindən Aqim Meto açıb. İnterin bərabərlik qolunu isə 47-ci dəqiqədə Nika Kvekveskiri vurub.
Cavab oyunu iyulun 9-da “Şəfa” stadionunda keçiriləcək.