Bakıda “Baksell Arena” stadionunda Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində “Neftçi” (Azərbaycan) və “Mladost” (Çernoqoriya) arasında ilk görüş keçirildi.
Oxu.Az xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb.
34-cü dəqiqədə qonaqlar Duşan Laqatorun vurduğu qol sayəsində önə keçiblər. Lakin onların sevinci uzun sürməyib. Cəmi 2 dəqiqə sonra Kamal Qurbanov hesaba tarazlıq gətirib. 55-ci dəqiqədə Araz Avbdullayev “flaqman”ı hesabda irəli çıxarıb. Təssüflər olsun ki, komandamız qələbə hesabını sona qədər qoruya bilməyib. 87-ci dəqiqədə Luka Mirkoviç “Baksell Arena”ya toplaşan azərkeşləri məyus etdi.
“Neftçi” 2:2 “Mladost”.
Cavab qarşılaşması iyulun 9-da Çernoqoriyada keçiriləcək.