Gürcüstanın paytaxtı Tiflisdə “Qəbələ” və “Dinamo” arasında Avropa Liqasının təsnifat mərhələsinin ilk oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, komandamız 2:1 hesabı ilə məğlub olub.
Oyunda hesabı 65-ci dəqiqədə Cambul Ciquari açıb. 74-də təmsilçilərimiz Cavid Hüseynovun qolu ilə oyunda bərabərlik yaradıb.
Tiflis “Dinamo”suna qələbə qazandıran qolu isə 84-cü dəqiqədə Laşa Papunaşvili vurub.
Qeyd edək ki, meydan sahibləri 51-ci dəqiqədən etibarən azlıqda oynayırdılar. Georgiy Qvelesiani qırmızı vərəqə ilə cəzalandırılmışdır.
Cavab oyunu iyulun 9-da Qəbələdə keçiriləcək.