"İnter Mayami" Lionel Messi ilə müqaviləni uzatmaq istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Klub argentinalı ulduzla sözləşməni yeniləyəcəyinə inanır və 2026-cı ildə hazır olacaq yeni stadiona - "Fridom Park"a Messi ilə köçmək istəyir.
Argentinalı ulduzun hazırkı sözləşməsi bu ilin dekabrında bitir. Florida təmsilçisi onun təklifi qəbul edəcəyindən əmindir.
Messi ilə Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu da yaxından maraqlanır.
O, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. 38 yaşlı futbolçu burada 64 oyunda 52 qol vurub və 25 məhsuldar ötürmə edib.