Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"İnter Mayami" Messinin 45-ci titulunu təmtəraqla qeyd etdi
"İnter Mayami"nin ev matçı öncəsi Fort Lauderdeyldəki DVR Stadionunda klub rəhbərliyi öz lideri və kapitanı Lionel Messinin futbolda qazandığı 45-ci titulunun şərəfinə rəngarəng mərasim təşkil edib.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, Messi matçdan əvvəl stadiona çıxıb. Meydançanın orta dairəsində 45 rəqəmini əks etdirən plakat sərilib. Onun ətrafında qövs şəklində dayanan 45 uşağın hər birinin əlində Lionun qazandığı titulların təsviri olub.
Klub rəhbərlərindən biri Messiyə simvolik 45 rəqəminin orijinal təsviri olan xatirə tablosu hədiyyə edib.
Xatırladaq ki, Messinin karyerasında 45-ci titul Amerika Kuboku olub və finalda Argentina Kolumbiyaya qalib gəlib. Beləliklə, Leo tarixin ən titullu futbolçusu adını qazanıb.
Rəylər