Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hikmət Hacıyev: "Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır"
"Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa ərazi iddiaları var".
"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır:
"Sülh sazişi ilə bağlı vaxt çərçivəsi qoymuruq. Azərbaycan gözləyir ki, ərazi iddiasına son qoyulsun. Anlayırıq ki, konstitusiya hər ölkənin daxili işidir, amma burada başqa ölkəyə qarşı ərazi iddiası olmamalıdır. Hüquqi çərçivə ərazi iddialarına son qoyacaq formada olmalıdır".
"II Şuşa Qlobal Media Forumu" teqi üzrə xəbərlər
- Şuşada keçirilən mediaforum zamanı hansı bəyanatlar İrəvanı heyrətə gətirdi?
- Beynəlxalq səyyahlar Ağdama səfər ediblər
- Mariya Zaxarova II Şuşa Qlobal Media Forumunun əhəmiyyəti haqqında danışdı
- Fransanın keçmiş və hazırkı koloniyaları haqqında tədqiqat təqdim edilib
- İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər ərəbdilli mətbuatda